Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

“Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşdı

Baxılıb: 832     Tarix: 20-02-2026 10:35   

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,83 ABŞ dollar və ya 2,58% artaraq 72,78 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 70,95 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar