“Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşdı
Baxılıb: 819 Tarix: 24-02-2026 10:08

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,54% bahalaşaraq 73,31 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,2 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















