Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Azeri Light” (CIF) markalı neftin qiyməti 105 dolları ötdü

Baxılıb: 7315     Tarix: 13-03-2026 10:47   

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 95,43 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar