Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

WUF13 üçün radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

Baxılıb: 6116     Tarix: 16-03-2026 17:24   

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı radiospektrin idarə olunmasını təmin etmək məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində xüsusi portal istifadəyə verilib.

Qanunvehedef.az xəbər verir ki, mayın 17-22-də Bakıda keçiriləcək beynəlxalq tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portal vasitəsilə həyata keçiriləcək.

Portal vasitəsilə tədbirdə istifadə ediləcək müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdan keçiriləcək, müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlar etiketlənəcək.

WUF13 tədbirində iştirak edəcək qonaqlar və media nümayəndələri istifadə edəcəkləri radioavadanlıqların qeydiyyatı üçün portala daxil olaraq müraciət etməlidirlər.

Qeyd edək ki, oxşar yanaşma daha əvvəl Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı da tətbiq olunub. Həmin tədbir çərçivəsində 280 təşkilatın istifadə etdiyi 4023 radioelektron avadanlıq portal vasitəsilə qeydiyyatdan keçirilərək etiketlənib və radiospektrin səmərəli idarə olunması təmin edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar