Azərbaycan neftinin qiyməti 125 dollar oldu
Baxılıb: 815 Tarix: 10-04-2026 10:37
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,59 ABŞ dolları və ya 3,8% artaraq 125,03 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 120,44 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















