Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Brent” 107 dollara çatır

Baxılıb: 8419     Tarix: 24-04-2026 09:37   

Hörmüz boğazında ABŞ və İran arasında artan gərginlik qlobal enerji bazarlarına ciddi təsir göstərib.

Qanunvehedef.az xəbər verir ki, tərəflər arasında qarşılıqlı gəmi saxlama əməliyyatları fonunda neft qiymətləri kəskin yüksəlib.

Beynəlxalq etalon sayılan “Brent” xam neftinin qiyməti cümə səhəri 106 dollar həddini keçib.

Son məlumata görə, bir barel neft 106,80 dollara satılıb ki, bu da əvvəlki bağlanışla müqayisədə təxminən 5 faiz artım deməkdir.

Beləliklə, neft qiymətləri iki həftədən sonra yenidən 100 dollar həddinin üzərinə qalxıb. Enerji bazarlarındakı bu artım fond bazarlarına da mənfi təsir edib – “S&P 500” 0,41 faiz, “Nasdaq” isə 0,89 faiz geriləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəniz blokadasının genişləndirildiyini açıqlayıb. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəminin boğaza daxil olub-çıxa bilməyəcəyini bildirib və razılaşma əldə edilənə qədər bu marşrutun faktiki olaraq bağlı qalacağını vurğulayıb.

Dünya üzrə neft və qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazında nəqliyyat, demək olar ki, dayanıb. Məlumata görə, son günlərdə bu marşrutdan keçən kommersiya gəmilərinin sayı kəskin azalıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar