Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xarici valyutanın alışı satışı 190 milyon dollar üstələyib

Baxılıb: 8112     Tarix: 06-05-2026 10:25   

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir.

“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə apreldə keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb. AMB alışyönlü müdaxilə həyata keçirib. 4 ayda qurumun valyuta ehtiyatları 10,2 % artaraq 12,7 milyard ABŞ dollarına çatıb”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar