Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rəşad Nəbiyev ABŞ nümayəndə heyəti ilə görüşdü - Foto

Baxılıb: 8116     Tarix: 02-06-2026 10:20   

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Qanunvehedef.az xəbər verir ki, görüş zamanı rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar