Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qorbaçov şok SSENARİNİ AÇIQLADI

Baxılıb: 1 055     Tarix: 26-10-2018 15:29   

ABŞ-ın orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxması yeni qızğın silahlanmanın elanıdır.
Publika.az xəbər verir ki, bunu "Nyu-York Taysm" nəşrində dərc etdiyi məqaləsində SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bildirib.
"Yeni qızğın silahlanma elan edildi", - SSRİ-nin keçmiş rəhbəri yazıb.
Qorbaçovun fikrincə, ABŞ-ın müqavilədən çıxışı beynəlxalq vəziyyətin hərbiləşdirilməsi üzrə ilk hal deyil. O xatırladıb ki, ABŞ hələ 2002-ci ildə Raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə, bu il isə İran atom proqramı üzrə razılaşmadan çıxıb.
"Hərbi xərclər astronomik səviyyəyə qalxıb və artmaqda davam edir", - müəllif yekunlaşdırdı.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.
Müqavilə 1987-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən imzalanmışdı.шаблоны для dle 11.2