Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qızıl və digər qiymətli metallar ucuzladı

Baxılıb: 933     Tarix: 20-06-2026 13:09   

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının əksəriyyətində eniş qeydə alınıb.

Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızılın qiyməti isə 54,26 dollar və ya 1,29% geriləyərək 4 155,71 dollar olub.

Gümüş də ucuzlaşıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüşün qiyməti 1,42 dollar və ya 2,13% azalaraq 65,38 dollara enib.

Sənaye metalları arasında misin qiyməti 4,80 sent və ya 0,74% azalaraq bir funt üçün 6,4 dollar təşkil edib.

Platin bazarında da mənfi dinamika müşahidə olunub. Spot platinin qiyməti 30,90 dollar və ya 1,82% azalaraq 1 667,63 dollara düşüb.

Analitiklər qiymətli metallarda satış təzyiqini Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyinə dair gözləntilərin güclənməsi, investorların mənfəət realizasiyası və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər. Bu amillər təhlükəsiz sığınacaq aktivlərinə tələbi zəiflədib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar