Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan nefti bu gün də bahalaşdı

Baxılıb: 9218     Tarix: 24-07-2026 10:11   

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,54 dollar və ya 8,5% bahalaşaraq 109.10 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 100.56 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Məlumat üçün bildirək ki, “Azeri Light”ın qiyməti ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda uzun müddət sonra 100 dolları ötmüş və xeyli vaxt bu həddən aşağı enməmişdi. Lakin iki ölkə arasındakı razılaşmalarla bağlı müzakirələrdən sonra dünya bazarında neft qiymətlərində kəskin enişlər müşahidə edilirdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar