Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Sədr müavininə dəstək: Səviyyəsizləri efirə buraxmaq...

Baxılıb: 832     Tarix: 06-11-2018 17:00   

Televiziya verilişlərinin konkret missiyası var. O, əxlaqsızlığı, cəmiyyət üçün yaramayan insanları təbliğ etməyi qarşısına məqsəd qoya bilməz. İctimai nüfuzu olan, elm, sənət adamlarını, cəmiyyətə nümunə ola biləcək şəxsləri bir kənara qoyub, şou-biznesin mənbəyi məlum olmayan pullarla özünə yaratdığı şərait haqqında silsilə və cazibədar verilişlər yayımlamaq yolverilməzdir.
Bu sözləri Kult.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyevin televiziyalarla bağlı "Xalq qəzeti"ndə dərc olunan məqaləsinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, sədr müavini çox ciddi məsələlərə toxunub:
“Bu mövzu zaman-zaman mediada, saytlarda, sosial şəbəkələrdə ciddi müzakirə olunur. MTRŞ-nin sədr müavininin buna reaksiya verməsi çox yaxşı haldır. Hansısa bir telekanal ixtisaslaşıb bu sahə üzrə gedə bilər. Amma bəla orasındadır ki, televiziya kanallarının 70-80 faizi bu düşüncə altında verilişlər hazırlayır.
Bu da aydın məsələdir ki, televiziyalar təbliğ etdiyi insanlardan pul alırlar, öz maddiyyatlarını düşünürlər. Televiziyanın işi və məqsədi bu deyil. Televiziya cəmiyyəti dolğun şəkildə məlumatlandırmalı, maarifləndirməlidir.
Səviyyəsiz, dar düşüncəli, zövqü aşağı olan insanları aparıcı kimi təqdim etmək yanlışdır. Əlbəttə, problemli insanların efirdə bu dərəcədə qabardılması yolverilməzdir”.
Ekspertin sözlərinə görə, efirdə yayımlanan kriminal xarakterli xəbərlərlə bağlı Q.Cəbiyevin narahatlığı da tam yerindədir:
“Hərdən insanda elə təsəvvür yaranır ki, bu ölkədə ancaq kriminal hadisələr, oğurluq, məişət zorakılığı baş verir. Axı, bunlar bizim üçün xarakterik olmayan şeylərdir. Belə hallar cəmiyyətdə təbliğ olunduqca artmağa başlayır. İnsanlar bəzən televiziyanın göstərdiklərini təkrar etməyə, yamsılamağa çalışanda fəlakət baş verir. Ona görə də MTRŞ-nin sədr müavininin reaksiyasını təqdir edirəm. Düşünürəm ki, bunlar davamlı, sistemli olmalı, vaxtaşırı tövsiyə xarakterli müəyyən mesajlar verilməlidir. Təəssüf ki, televiziyalarımızda düşüncəni inkişaf etdirmək baxımından imkanlar çox məhduddur, cəmiyyətə ictimai mesajlar verə bilmir”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində televiziyalarımızın hazırkı vəziyyətini sərt tənqid edib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar