Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mağazanın “gözə girən” yanlış adı - Foto

Baxılıb: 1 273     Tarix: 11-12-2018 14:48   
Bakıda fəaliyyət göstərən mağazaların birinin adı kimi təqdim edilən şüarda kobud orfoqrafik səhvə yol verilib.
Qanunvehedef.az xəbər verir ki, “Qara Qarayev” metrostansiyasının yaxınlığında, yol kənarında yerləşən 3 mərtəbədən ibarət binanın iki mərtəbəsi geyim mağazası kimi fəaliyyət göstərir. Geyimlərin ucuz təqdim edildiyini nümayiş etdirmək üçün mağazanın adı “Ucuzdan da ucuz” qoyulub. Lakin binanın üzərinə olduqca böyük hərflərlə yazılan “Ucuzdan da ucuz” ifadəsində “da” ədatı bitişik yazılıb.
Maraqlıdır ki, uzun müddətdir fəaliyyət göstərən mağazanın adı elə ilk gündən olduğu kimdir. Görünür, gözümüzü deşən bu kobud səhv ya heç kəsi narahat etmir, ya da heç kəs bu səhvin fərqinə varmır.
Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Həmçinin Prezident bu il sədri olduğu Dövlət Dil Komissiyasının yeni tərkibini formalaşdırıb və 1 noyabrda "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb.шаблоны для dle 11.2