Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Millət vəkili sakinlərlə görüşdü: Araşdıracağıq…

Baxılıb: 1 245     Tarix: 12-02-2019 12:07   

Millət vəkili Qənirə Paşayeva Tovuzun Qovlar şəhərində sakinlərlə görüş keçirib.
Qanunvehedef.az xəbər verir ki, deputat görüşdə sakinlərin müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq qurumlara müraciət edib.
Bir çox xəstələri ziyarət edən millət vəkili onların bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Tovuz Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Q.Paşayeva həmçinin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb.
Millət vəkili vətəndaşların hər birini ayrı-ayrılıqda dinləyərək, onları narahat edən problemlərin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Deputat seçiciləri ilə görüşdə Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb və seçicilərini narahat edən məsələlərin araşdırılacağını bildirib.



{sape_links}{sape_article}