Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

General adı hallanan bank borcu haqda danışdı

Baxılıb: 1 144     Tarix: 18-02-2019 14:55   

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayev barəsində yayılan xəbərlərə münasibət bildirib.
O, musavat.com-a açıqlamasında ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-ə külli miqdarda borcu olması haqda xəbərlərin doğru olmadığını deyib.
Şahmar Paşayev bankdan verilən kreditin təyinatı haqda da danışıb. Deyib ki, dostluq münasibətində olduğu Hacı Əli Həziyev bankdan kredit alıb, kredit verilərkən o, zamin dayanıb: "Dostum bankdan kredit alıb, mən də zamin durmuşam. Birincisi, bu adam İqtisadi İnkişaf Nazirliyindən 10 illiyə pul götürüb. Kreditin 10 ilinin tamamlanmasına 7 il qalıb. Hacı Əli pul götürəndən sonra, həmin o bank ləğv olundu. Buna ordan deyiblər ki, sən İqtisadi İnkişaf Nazirliyinə 1 faizini ödə, banka isə ödəmə. Necə deyiblər, onu eləyib və indi də deyirlər ki, belə-belə olmalıdır. Bu yazıq da deyir ki, demirsiz ki, o biri faizləri də ödə, onu da ödəyirəm. Burda Şahmar neyləsin? Qayda belədir ki, kredit götürən şəxsə kimsə də zamin durur. Mən də zamin durmuşam. Mənim şirkətim var? Mənim firmam var? Pulu götürüb, hara xərcləyib, təyinatı hara gedib, araşdırsınlar".
Şahmar Paşayev deyib ki, kredit veriləndən sonra İqtisadi İnkişaf Nazirliyi pulun təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlayıb: "İqtisadi İnkişaf Nazirliyi onu 100 dəfə yoxlayıb. Orada hamısı var. Hamısı qaydasındadır. Həmin 4 milyonun 1 milyonunu da hələ ödəməyiblər. Bu şikayət edib məhkəmədə ki, bank ləğv olunub, mənim 1 milyonum qalıb orada, həmin pulu ala bilmirəm. Mənim o pulumu verin. Bankdan pul alarlar da. Başqa nə almaq olar ki? Adam girov qoyub, pul götürüb".
Ş.Paşayev adının hallanmasına etiraz edib: "Pulu götürən var, mənim adım hallanır. Hacı ildə neçə milyon dövlətə vergi verən iş adamıdır. Bu məsələdə mənə aid tək bir şey var, o da zamin durmağımdı, vəssalam. Yazırlar ki, külli miqdarda borcum yaranıb banka... Pul götürmüşəm ki, borcum da qalsın?!"
General kreditin təyinatı haqda da danışıb: "Kredit veriblər ki, zamin durduğum Hacı Əli gedib iş görsün. Dövlət yardım edir ki, get iş gör, bu da gedib görüb. Pulu təyinatı üzrə xərcləyib. Aparıb özünə xərcləməyib ki! Aybaay faizini də verib. Məhkəmə bankın faizi ilə bağlıdır. Burada Şahmar Paşayev nə etsin? Zamin durmaq cinayət etməkdir? Əgər adam dövlətin pulunu verə bilməyəcək, girov var, yönəldəcəklər girova, satıb, dövlətin pulunu götürəcəklər. Qanun bunu deyir. Hacı Əli dövləti istəyən adamdır, çörək verən adamdır. Yüzlərlə adama iş yeri açıb. Bu adam bankdan kredit alıb, iş görür, 100 adamı işə götürüb. Vergisini də verir, 3-5 manatı niyə verməsin?!"
Ş.Paşayev deyir ki, yerli məhkəmə Hacı Əlinin xeyrinə qərar verib, İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi də gəlib məhkəmədə iştirak edib. Məktub veriblər ki, banka pul ödənməsi qənaətbəxş deyil: "Sonradan banklar birləşdirilib, deyiblər ki, faizlər yığışıb, apar keçir. Bu da gedib keçirəcək. Şahmar Paşayevin kimə borcu var? Mənim adımı niyə hallandırırlar?"
Yada salaq ki, aznews.az saytı yazıb ki, 2018-ci ilin oktyabr ayının 10-da Ali Məhkəmənin hakimi Ənvər Şadıyev aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edərək işi yenidən baxmaq üçün Apellyasiya Məhkəməsinə göndərib. Məhkəmə prosesində iddiaçı kimi ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC, cavabdeh qismində isə Paşayev Şahmar Ənvər oğlu, Alza Holding-1 MMC və Həziyev Əli Həsən oğlu tanınıb. İddiaçı məhkəmədə ilkin olaraq borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi qoyub. Qarşılıqlı tələb kimi isə ilkin iddia tələblərinin qanunsuz hesab edilməsi qoyulub. Ancaq Ali Məhkəmə iddiaçının tələbini təmin etməyərək generalın xeyrinə qərar çıxarıb. Çıxarılan qərardan narazı qalan, ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-nin apellyasiya şikayətinə fevral ayının 19-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.
Xatırladaq ki, Şahmar Paşayev uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışıb. 2015-ci ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilir. Bir neçə ay sonra isə (18 noyabr 2015) o daha yüksək vəzifəyə təyinat alır. Nazir Kamaləddin Heydərovun əmri ilə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilir. Sonra isə Ş.Paşayev FHN sistemində general rütbəsinə layiq görülür.шаблоны для dle 11.2



Ən çox oxunanlar