Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Atasığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilib

Baxılıb: 931     Tarix: 10-05-2019 11:30   
“Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə, şirkətin İdarə Heyəti (İH) sədrinin I müavini Orxan Məmmədov sədr təyin edilib.
“Report” xəbər verir ki, o, bu vəzifədə, bu gündən əmək fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin maliyyə direktoru kimi davam etdirən Müseyib Əliyevi əvəz edib.
O.Məmmədovun indiyə qədər tutduğu vəzifə isə İH sədrinin müavini Qoşqar Həsənova həvalə olunub.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar