Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

FARİZİN MAL BAZARININ AZARI

Baxılıb: 800     Tarix: 27-04-2018 12:45   
Bildiyimiz kimi, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır. Bu qaydaları pozan fiziki şəxslər 350-500, vəzifəli şəxslər 500-2000, hüquqi şəxslər isə 4-6 min AZN arasında cərimə edilirlər. Lakin ət məhsulları satılan əksər bazar və mağazalarda olduğu kimi Bakının Binəqədi qəsəbəsi ilə Gülüstan qəsəbəsi arasında fəaliyyət göstərən Fariz bəyin sahiblik etdiyi mal bazarında da alıcılara qəbz verilmir.
Bundan başqa, sözügedən bazarda baytarlıq-sanitariya qaydaları da pozulur. Qəssablar tibbi müayinədən keçmirlər. Bazarın həndəvərində satıcıların təbii ehtiyaclarını ödəmələri üçün ayaqyolu belə yoxdur. Qurbanlıq heyvanlar bir-birinin gözü qarşısında kəsilir. Bazar yol kənarında yerləşdiyi üçün yaxınlıqdan keçən avtobuslarda uşaqlar da bu qanlı mənzərənin şahidi olurlar.
Fariz bəyin yerli özünü idarəetmə qurumu ilə münasibətlərində də vaxtaşırı olaraq gərginlik yaşanır. Aytac xanımın sədrlik etdiyi Binəqədi qəsəbə bələdiyyəsinin işçiləri hər dəfə bazara reyd keçirən vaxt Fariz əl-ayağa düşür. Gah nümayişkaranə surətdə hansısa yüksək vəzifəli dostunun telefon nömrəsini yığır, gah da qardaşının kriminal aləmdə nüfuzlu “avtoritet”lərdən biri olduğunu eşitdirir. шаблоны для dle 11.2