Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Kəskin hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edildi - RƏSMİ

Baxılıb: 396     Tarix: 20-12-2022 11:36   

Hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edir.
Qanunvehedef.az xəbər verir ki, müraciətdə deyilir:
"Dekabrın 21-i səhər saatlarına qədər davam edəcək küləyi nəzərə alaraq insanlardan ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, dağlıq və dağətəyi zonalarda qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq həmin ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi xahiş edirik".
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, BDYPİ onlara təhlükəsizlik baxımından məsuliyyətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi tövsiyə edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər