Məhkəmə Azərbaycana külli miqdarda narkotik gətirənlərin cəzasını azaldıb
Baxılıb: 891 Tarix: 15-04-2020 11:37
Şirvan Apelyasiya Məhkəməsində İrandan külli miqdarda narkotik maddənin Azərbaycana keçirməkdə təqsirləndirilən Amil Şahbazov, Daxil Adişov, Loğman Adişov və Xəyal Adişovun barələrində hökmdən verdikləri şikayət üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
X. Adişovun cəzası 12 ildən 11 il 6 aya, D. Adişovun cəzası 12 ildən 11 il 9 aya, A. Şahbazovun cəzası 11 ildən 10 il 6 aya, Loğman Adışovun cəzası isə 11 ildən 10 il 6 aya endirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər İrandan külli miqdarda heroini Azərbaycan ərazisində keçiriblər. Həmin şəxslər narkotik maddəni Yardımlı rayonunda yerləşən meşədə gizlədiblər. 2019-cu il fevralın 8-də narkotik maddəni Cəlilabad rayonunda satmaq istəyərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökmü ilə X. Adişov və D. Adişovun 12 il, A. Şahbazov və L. Adişov isə 11 il azadlıqdan məhrum ediliblər.
Ən çox oxunanlar
Son xəbərlər