Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Siyəzəndə narkotik satan “Baba” tutuldu

Baxılıb: 745     Tarix: 22-04-2020 10:44   

Siyəzən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələr satmaq məqsədi ilə karantin qaydalarını pozaraq rayon ərazisində hərəkət edən şəxs saxlanılıb.
Bu barədə Qanunvehedef.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, rayonda “Baba” ləqəbi ilə tanınan, əvvəllər məhkum olunmuş M.Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi axtarış zamanı satış üçün hazırlanmış ümumilikdə 15 bükümdə olan narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, 2 ədəd bıçaq, eləcə də nəqliyyat vasitəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər