Azərbaycanda məhkum əfv olunmaqdan imtina etdi
Baxılıb: 711 Tarix: 28-04-2020 10:42
Azərbaycanda məhkum əfv olunaraq, azadlığa çıxmaqdan imtina edib.
Bunu Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
O qeyd edib ki, şərti adı M.A. olan həmin şəxs övladını öldürüb:
"Yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı meyarlara uyğun gəlsə də, ərizə yazaraq, könüllü şəkildə azadlıqdan imtina edib. Çünki azadlıqda onu gözləyən kimsə yox idi. Övladını öldürdüyündən ailənin digər üzvləri ilə münaqişələri davam edir, ailəsi onu bağışlamayıb.
Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən, səhhətində problem olduğu üçün həmin şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Çünki deyirdi ki, "çıxsam yenə bura qayıdacağam".
Qeyd edək ki, Prezident İlham Əliyev pandemiya səbəbindən bu il aprelin 6-da məhkum edilmiş şəxslərin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər