Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İsmayıllıda nəvə baba və nənəsini vəhşicəsinə öldürdü

Baxılıb: 969     Tarix: 10-05-2020 14:43   

İsmayıllı rayonunda qətl hadisəsi törədilib.
Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, hadisə Bizlan kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.
Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb.
İsmayıllı Rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



{sape_links}{sape_article}