Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Qubada silsilə oğurluq edən şəxs saxlanıldı

Baxılıb: 722     Tarix: 23-05-2020 11:05   

Quba rayonunun Dəvədabanı yaşayış massivi ərazisində yerləşən evlərin birindən bir ədəd samovar, eləcə də geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən yerli sakini, 19 yaşlı Əli Ağabəyov saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayon regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ə.Ağabəyovun ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs cari il may ayının əvvəlində rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan iki ədəd velosiped oğurlayıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək cinayət yolu ilə əldə etdiyi əşyaları dəyərindən ucuz qiymətə satdığını bildirib.
Oğurlanan əşyaların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar