Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR

Baxılıb: 1 336     Tarix: 29-06-2020 12:43   

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Abbasov saxlanılıb.
Bu barədə Qanunvehedef.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini A.Qafarov da saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun evindən 3 kq 145 qram marixuana, 8 qramdan artıq heroin və 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Bundan başqa, Yevlax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köyük kənd sakini F.İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu və 11 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Sabirabad RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəmli kənd sakini M.Mirzəlinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar