Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

DİN bu şəxslə bağlı vətəndaşlara müraciət etdi – Foto

Baxılıb: 859     Tarix: 11-08-2020 11:59   

Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub.
Bu barədə Qanunvehedef.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən məzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb.
Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub.
Məhəmməd Abdullayev barəsində Abşeron rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bu şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Abşeron rayon Polis İdarəsinə və ya Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət edə bilərlər.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar