Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda gənclər küçədə kişini döyüb əşyalarını oğurladılar

Baxılıb: 875     Tarix: 22-08-2020 11:51   

Bakı sakini küçədə döyülərək qarət edilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.Bakı şəhər sakini T.Maksimov ötən gün gecə saatlarında rayonun Bəşir Səfəroğlu küçəsində olarkən qəflətən naməlum şəxslərin hücumuna məruz qalıb.
Həmin şəxslər ona baş və bədən nahiyəsindən xəsarətlər yetirərək, üzərində olan bahalı qol saatını, qolbaq və bank kartını götürərək, hadisə yerindən qaçıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Çingiz Rəsulov və 2000-ci il təvəllüdlü Sadiq Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar