Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıda saxta pul çap edənlər tutuldu

Baxılıb: 938     Tarix: 26-08-2020 11:17   
   
Bakıda saxta pul hazırlayan şəxslər aşkarlanıb.Trend-in məlumatına görə, hadisə avqustun 21-də Yasamal rayonu, B.Məcidov küçəsində yerləşən mağazada baş verib.Həmin mağazadan telefon almaq üçün beş ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən bir ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar - 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub.
Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X.Məmmədovdan səkkiz ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar