Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qobu sakini külli miqdarda narkotiklə tutuldu

Baxılıb: 846     Tarix: 02-09-2020 14:22   

Narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Abşeron rayonu, Qobu qəsəbəsi sakini Elşən Muxtarov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 15 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Elşən Muxtarovun Qobu qəsəbəsindəki evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 800 qram qurudulmuş marixuana və həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 9 kiloqram yaxın olan 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşən Muxtarov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qanunvehedef.az



{sape_links}{sape_article}