Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda qadın gözəllik salonundan oğurluq etdi

Baxılıb: 838     Tarix: 10-09-2020 13:29   

Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}