Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi

Baxılıb: 647     Tarix: 11-09-2020 11:02   

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.
Bu barədə Qanunvehedef.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi Yevlax rayonunda qeydiyyatda olan əvvəllər məhkum olunmuş Ceyhun Məmmədov yaşadığı Binəqədi rayonu ərazisində tutulub.
Şəxsi axtarış zamanı onun üzərindən bir büküm narkotik vasitə olan marixuana da aşkar edilib.
Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində C.Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
C.Məmmədov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qanun pozuntusuna yol verdiyindən onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar