Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıda 61 yaşlı kişi öldürüldü

Baxılıb: 683     Tarix: 28-09-2020 16:16   

 Bakının Xəzər rayonunda qətl hadisəsi törədilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Türkan qəsəbəsində, "Üzümçülük" sovxozunda 1959-cu il təvəllüdlü yerli sakin Qabil Yəhyayev ürək nahiyəsindən bıçaqlanıb.
1-ci Polis Bölməsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Rahim Abdullayevi saxlayıblar.
İlkin məlumata görə, qətl şəxsi münaqişə zəminində törədilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar