Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ər və arvadın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxılıb: 610     Tarix: 05-07-2021 10:28   

İyulun 3-ü saat 18 radələrində Göyçay rayon sakinləri Elnur Cavadov və arvadı Ülviyyə Cavadovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Elnur Cavadov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə öz baş nahiyyəsinə atəş açaraq özünü öldürüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar