“Yük avtomobilinin sürücüsü qeyri-qanuni işləyib” - DANX
Baxılıb: 234 Tarix: 13-10-2021 11:07
Bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzaya qeyri-qanuni daşıma ilə məşğul olan yük maşınının sürücüsü səbəb olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O qeyd edib ki, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən olub: “Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı "Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.
Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza "bir tikə çörəyi niyə kəsirsiz?" ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik. Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb”.
Qeyd edək ki, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.

Ən çox oxunanlar
Son xəbərlər