Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda kişi 24 yaşlı arvadını öldürdü

Baxılıb: 294     Tarix: 11-11-2021 10:35   

Noyabrın 10-u saat 17:00 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Pirallahı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2