Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Şəhid ailələrinin evindən oğurluq etdilər - Video

Baxılıb: 511     Tarix: 12-11-2021 14:12   

Bakıda 2-si şəhid ailəsi olmaqla, 12 evdən kombi aparatı oğurlayan 4 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən birinin evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb. Həmin kompleksdə yaşayan daha 11 sakindən eyni məzmunlu şikayət daxil olub. Onların da evlərindən müxtəlif vaxtlarda kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin eyni yaşayış kompleksində və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
12 evdən kombi aparatı oğurlayan şəxslər – Sübhan Ağayev, Sənan Mustafayev, Orxan Nüsrətli və Taleh Haqverdiyev qısa zamanda saxlanılaraq istintaqa təqdim olunublar və onlar ifadələrində törətdikləri hadisələri etiraf ediblər. 
Qeyd edək ki, kombiləri oğurlanan zərərçəkənlərdən ikisi şəhid ailəsidir. Polis əməkdaşları tərəfindən oğurlanan kombilərin bir neçəsi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Şəhid ailələrinə məxsus kombi aparatlarının qısa zaman ərzində onlara qaytarılması təmin ediləcək.





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar