Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bələdiyyə sədri haqda cinayət işi başlandı

Baxılıb: 642     Tarix: 24-11-2021 12:44   

Zaqatala rayonunda bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa olunub.
Qanunvehedef.az xəbər verir ki, Bəhmətli kənd bələdiyyəsinin sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.
Araşdırmalarla onun 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar