Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Brakonyerlər 6800 manat məbləğində cərimələndi

Baxılıb: 230     Tarix: 01-12-2021 15:08   

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində, Ağcabədi rayonunun daxili su hövzələrində, Mingəçevir, Şəmkir su anbarlarında, Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
“Araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini İslam Məmmədov, Lənkəran rayon sakini Bəxtiyar Rəhimov, Astara rayon sakini Rafiq Dadaşov və Siyəzən rayon sakini Zəka Ələsgərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb”, - Məhəmmədov deyib.
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 720 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Xidmət rəsmisi onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində isə qanunsuz ov edən İmişli şəhər sakini Taleh Baxışəliyev, Siyəzən şəhər sakini Samir Mürsəlov, Yardımlı rayon sakinləri Nahid Səmədov və Əzim Əzimov saxlanılıb:
“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və brakonyerlər ümumilikdə 6800 manat məbləğində cərimələnib”.

Qanunvehedef.azшаблоны для dle 11.2