Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bacısını qətlə yetirən qardaş tutuldu

Baxılıb: 410     Tarix: 06-12-2021 10:50   

Şabranda bacısını qətlə yetirən qardaş həbs edilib.
Qanunvehedef.az xəbər verir ki, dekabrın 4-də Şabran rayonu, Çaraq kənd sakini 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın yaşadığı evin həyətində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin qardaşı 1992-ci il təvəllüdlü Rüfət Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Rüfət Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}