Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Polisə zəng edib ““Koroğlu”da özümü yandıracağam” dedi

Baxılıb: 581     Tarix: 08-12-2021 11:24   

Dünən axşam saatlarında metroda özünü yandırmaq istədiyi bildirilən 20 yaşlı Əlisahib Rüstəmovla bağlı detallar məlum olub.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, Ə.Rüstəmov “Gənclik” metrostansiyasından “Nərimanov” stansiyasına gedərkən qatarda olan zaman DİN-in 102 xidmətinə zəng edib. O, xidmətə zəngində “Koroğlu” metrostansiyasının çıxışındakı körpüdə özünü yandıracağını deyib.
Bu zaman qatarda olan və bunu eşidən şəxslər “Nərimanov” stansiyasında polis əməkdaşına məlumat veriblər. Polislər həmin şəxsi şöbəyə dəvət edərək profilaktik söhbət aparıblar və Ə.Rüstəmov intihar etmək fikrindən daşınıb.
İlkin məlumata görə, Ə.Rüstəmov Vətən müharibəsi qazisidir və son 3 ay ərzində ödəniş ala bilmədiyini iddia edərək etiraz edirmiş.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar