Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Rusiyada adam öldürən şəxsin Bakıda məhkəməsi başlayır

Baxılıb: 442     Tarix: 16-12-2021 15:25   

2016-cı il tarixdə Rusiyada Bessonov Aleksandr Vitalyeviçin öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini İsayev Rəşad Sərdar oğlunun məhkəməsi başlayır.
Prokurorluqdan Qanunvehedef.az-a verilən məlumata görə, Rəşad İsayev 3 aprel 2016-cı ildə Rusiyanın Lipetsk vilayətində “Veqas” kafesinin qarşısında tanışları ilə avtomobildə mahnı qoyub rəqs edərkən, kafeyə müştəri kimi gəlmiş Aleksandr Bessonovun musiqi səsinin yüksək olması ilə əlaqədar onlara irad bildirib. Yaranmış mübahisə zamanı bıçaqla A.Bessonovun ayağına vuraraq xəsarət yetirib, nəticədə A.Bessonov aparıldığı xəstəxanada ölüb.
R.İsayevə Cinayət Məcəlləsinin 12.1, 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar