Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Anasını öldürən şəxslə bağlı - Rəsmi açıqlama

Baxılıb: 450     Tarix: 24-12-2021 11:41   

32 yaşlı oğlan anasını öldürüb.
Nəsimi rayon prokurorluğundan Qanunvehedef.az-a verilən məlumata görə, dekabrın 23-də Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin oğlu 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar