Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda qadın ərini yataqda baltalayaraq öldürüb - VİDEO

Baxılıb: 631     Tarix: 05-01-2022 10:25   

Ağstafada 38 yaşlı kişi balta ilə qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs qismində saxlanıb.
Qanunvehedef.az "Xəzər Xəbər"ə istinadən məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Kənd sakini, 37 yaşlı Aynur Abdullayevanın həyat yoldaşı Elvin Abdullayevi qətlə yetirdiyi bildirilir. İddiaya görə, qadın ərini yatağında yatarkən balta ilə boyun nahiyəsinə zərbə endirərək qətlə yetirib.
Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək ərini qətlə yetirdiyini etiraf edib. O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili mübahisə zəminində yaranan münaqişədən sonra törətdiyini bildirib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar