Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda 2 narkotacir və onların narkokuryerliyə cəlb etdikləri daha 4 nəfər saxlanılıb - VİDEO

Baxılıb: 327     Tarix: 22-01-2022 16:32   

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin”, həmçinin digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və Ramal Rəcəbov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunub.
Rəvan İbrahimov və Ramal Rəcəbovun ətraflarında aparılan araşdırmalar zamanı onların paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri və bu məqsədlə ətraflarına narkokueyerlər cəlb etdikləri müəyyən edilib. İdarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkokuryerliyə cəlb olunan daha 4 nəfər - Ramil Bayramov, Kamran Əliyev, Anar Əliyev və Rauf Cavadov da saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər Rəvan İbrahimov və Ramal Rəcəbov tərəfindən narkokuryerliyə cəlb edikdiklərini etiraf ediblər.Saxlanılanların hər biri barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.



Qanunvehedef.azшаблоны для dle 11.2