Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda obyektdən seyf oğurluğu anbaan kameraya düşdü - Video

Baxılıb: 293     Tarix: 31-01-2022 15:06   

Nərimanov rayonunda obyektlərdən birindən içərisində 63 min manat olan seyfi oğurlayan şəxslər saxlanılıblar.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayonunda yerləşən obyektlərdən birindən xəzinədarın otağından  içərisində 63 min manat olan seyf oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}