Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qanunsuz ov edənlər cəzalandırıldı

Baxılıb: 299     Tarix: 02-02-2022 13:12   

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 24-30 yanvar 2022-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs  saxlanılıb.
Bunu Qanunvehedef.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
“Araşdırma zamanı brakonyerin Neftçala rayon sakini  Ramin İmanov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb”, - Məhəmmədov deyib.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Tovuz rayon sakini Aqil Nuruyev, Şabran şəhər sakini Sahib Tahirov, Saatlı rayon sakinləri Vəli Muradov, Fizuli Behbudov və Eldar Qasımov saxlanılıb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar