Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xocalıda 22 nəfərin qəzaya düşdüyü avtobusun sürücüsü saxlanıldı

Baxılıb: 365     Tarix: 08-02-2022 11:48   

Xocalının Sığnaq kəndi ərazisində 22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmalar davam edir.
22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücü saxlanılıb.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Xatırladaq ki, fevralın 6-da axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət" şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocalı rayonu ərazisində baş verib. Qəza nəticəsində 22 nəfər xəsarət alıb.
Faktla bağlı Xocalı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar