Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Kalaşnikov”lu narkotik satıcısı tutuldu

Baxılıb: 245     Tarix: 11-02-2022 15:18   

Abşeronda silah və narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan, əvvəllər məhkum olunmuş Niyaməddin Paşayev Mehdiabad Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində silahı və narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini qeyd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Qanunvehedef.azшаблоны для dle 11.2