Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Nazim İbrahimovun qardaşına hökm oxundu

Baxılıb: 227     Tarix: 17-02-2022 15:36   

Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunvehedef.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İbrahimov 6 il 9 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dələduzluq faktlarına görə əvvəllər də məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair Xətai rayon məhkəməsinin xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun tapşırıqları əsasında saxta sənədlərin tərtib edilməsi yolu ilə ümumilikdə 1 milyon 735 min manat məbləğində pulu mənimsəməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, o, "YeloBank"dan 300 min manat kredit götürərək ödəməyib.
S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Sahib İbrahimov həm də tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar