Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıda arvadının öldürdüyü ər tanınmış məşqçi imiş - YENİLƏNİB + FOTO

Baxılıb: 372     Tarix: 02-09-2022 16:23   
Bu gün saat 12 radələrində Bakı şəhər Xətai rayonu ərazisində qadının ərini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
Qanunvehedef.az-ın əldə etdiyi məlumata görə, 35 yaşlı Əfsanə Qalabəyli həyat yoldaşı, 1974-cü il təvəllüdlü Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirib.
Bildirilir ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, "Sərhədçi" idman kompleksində çalışıb.
Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.
Qonşuların bildirdiyinə görə, Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.


Sentyabrın 2-si saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar