Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

MTN generalının həbsdə psixi problemləri yaranıb?

Baxılıb: 740     Tarix: 06-09-2022 11:49   

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində ciddi problemlər yaranıb.
Qanunvehedef.az "Qafqazinfo" istinadın xıbər verir ki, bu barədə "Defence Line" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov özünün "Facebook" səhifəsində yazıb. O bildirib ki, general ya özünü ruhi xəstə kimi göstərir, ya da doğrudan da dəli olub: "2015-ci ildən həbsdə olan Elçin Quliyev uzun müddət müşahidə kameraları altında dayanaraq ya gülür, ya da ağlayır".
Keçmiş kamera yoldaşları isə deyib ki, Elçin Quliyev özünü dəli kimi göstərərək azadlığa çıxa biləcəyini düşünür".
Bir müddət əvvəl həbsxanada generalla görüşən vəkil Elçin Sadıqov da onun yersiz davranışlar sərgilədiyini təsdiqləyib. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, o, Elçin Quliyevlə ilyarım əvvəl görüşüb: "Qeyri-adekvat biri kimi görünürdü. Yersiz davranışlar göstərib gülürdü. İndiki durumu ilə bağlı hər hansı məlumatım yoxdur".
Elçin Quliyevin yaxınları isə yayılan məlumatların doğru olmadığını bildirib: "Belə bir şey yoxdur. Rüfət Səfərovun yazdıqları həqiqətə uyğun deyil".
Xatırladaq ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. 10 il 6 ay cəza alıb.шаблоны для dle 11.2